Divizion klublarının də cəzası açıqlandı
- 04 Mar 2021 19:15
- 790
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Keşlə-2” – “Zaqatala” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Neftçi-2” - “Qaradağ Lökbatan” oyununda “Neftçi”nin futbolçusu Nazim Məmmədzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. “Neftçi”nin digər futbolçusu Əmrah Bayramov da qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.