Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Birinci Divizionun 4 və 5-ci turlarındakı oyunlarla bağlı bağlı aşağıdakı qərarlar qəbul olunub.

4-cü turun “Qəbələ-2” – “Turan Tovuz” oyununda “Qəbələ”nin futbolçusu Gülağa Əsədov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

4-cü turun “Qarabağ-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub.

4-cü turun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Qaradağ Lökbatan”ın futbolçusu Davud Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyunda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub.
 
4-cü turun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Sumqayıt”ın futbolçusu Rüstəm Hümbətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

5-ci turun “Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

5-ci turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Turan Tovuz”un 4 nömrəli futbolçusu Səbayıl Bağırov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 cərimə olunub.

5-ci turun “Zirə-2” – “Sabah-2” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. “Zirə”nin futbolçusu Əli Mürsəlov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.