Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Rekord.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Səbail”in futbolçusu Bayraməli Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimə olunub.

“Kəpəz” – “Neftçi-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. “Neftçi”nin futbolçusu Xəqani Sadıxov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, komandası 160 manat cərimə olunub.

“Qarabağ-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.