"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - 20-ci turunda "Şəki"yə məğlub olduqları oyunu dəyərləndirib.


Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.


Belaruslu baş məşqçi komandada basketbolçu sayının az olmasının məğlubiyyətlərə səbəb olduğunu bildirib:


"Ardıcıl məğlubiyyətlərdən sonra yaramış psixoloji gərginlik bu oyuna da təsir etdi. Komandada basketbolçu sayının az olması yenə sözünü dedi. Yalnız ilk 2 periodda rəqibə müqavimət göstərə bildik. Daha sonra yorğunluq nəzərə çarpırdı. Müdafiədə passiv olmağımız da məğlubiyyətə səbəb olan əsas amillərdən idi. Azakreşlərə dəstəklərinə görə təşəkkürümüzü bildiririk. Doğma meydanda qələbə qazana bilmədiyimiz üçün məyusuq. Artıq pley-indəki görüşlərə köklənəcəyik. Həmin matçlarda maksimumu etməyə çalışacağıq”.


“Lənkəran" - "Şəki" qarşılaşması qonaq komandanın 107:78 hesablı qələbəsi ilə yekunlaşıb.