Dopinq qaydaları ilə bağlı seminar keçirib
- 13 Dek 2019 16:55
- 1164
Azərbaycan Voleybol Federasiyası Dopinq qaydaları ilə bağlı seminar keçirib. "Rekord.az" xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində toplantıda 2019-2020-ci il mövsümündə çıxış edəcək klubların həkim və məşqçi heyəti iştirak edib.
Seminar federasiyanın baş həkimi Aynurə Qafarova tərəfindən aparılıb.
Tədbirdə Dünya Antidopinq və Azərbaycan Milli Antidopinq Agentliklərinin qoyduğu qaydalardan danışılıb və video çarx nümayiş olunub.