MLS-də mübarizə aparan ABŞ-ın “Dallas” klubunda 6 nəfər koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Xəbərdə koronavirus aşkarlanan şəxslərdən dördünün futbolçu olduğu bildirilir. Amma onların adları açıqlanmır. Virus aşkarlanan şəxslərin hamısı karantinə alınıb və xüsusi həkim nəzarəti altındadılar.

Koronavirusa görə martdan dayandırılan MLS iyulun 8-də fərqli formatla bərpa olunacaq. Bütün oyunlar isə Orlandoda təşkil olunacaq.