
Dörd şahmatçımız dünya çempionatına qələbə ilə başladı
- 14:40
- 45
Azərbaycanın dörd təmsilçisi Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının 1-ci turunda qələbə qazanıb.
Rekord.az xəbər verir ki, Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turun partiyalarında qalibiyyət əldə ediblər. Lalə Hüseynova isə məğlub olub
61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.