Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Bundesliqa nəhənginin hücumçusu Erlinq Haland sıradan çıxıb.

Norveçli futbolçu dizindən ağır zədə alıb. Xarici mətbuatın yazdığına görə, Halandın bərpası xeyli vaxt çəkəcək. Onun dəqiq bərpa müddəti açıqlanmasa da, 2020-ci ildə bir daha meydana çıxmayacağı iddia olunur.

Haland bu mövsüm “Borussiya”nın heyətində 14 oyuna çıxıb. 20 yaşlı futbolçu forvard bu görüşlərdə 17 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.