Almaniyanın “Borussiya” (Dortmund) klubu Sebastyan Kel ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, Sebastyan 2022-ci ilin sonuna qədər Dortmund təmsilçisinin direktoru kimi çalışmağa davam edəcək. 40 yaşlı mütəxəssis 2018-ci ildən “Borussiya”da çalışır.

Qeyd edək ki, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi karyerasının böyük hissəsini (2002-2015) məhz “Borussiya”da keçirib.