Almaniyanın “Borussiya” (Dortmund) klubu qapıçısı Roman Bürki ilə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.

Klub 30 yaşlı futbolçu ilə yeni – 2 illik müqaviləyə imza atıb. Yeni müqavilə ilə Bürki 2023-cü ilin yayınadək “Borussiya”nın şərəfini qoruyacaq.

İsveçrəli futbolçu 2015-ci ildən “Borussiya”nın şərəfini qoruyur.