“Dostluq üçün Futbol” layihəsinin azərbaycanlı iştirakçıları rəqiblərilə tanış oldular – VİDEO
- 30 Noy 2020 21:10
- 879
Noyabrın 27-də, onlayn püşkatma nəticəsində “Gazprom” İctimai Səhmdar Cəmiyyətinin (İSC) dəstəyilə “Dostluq üçün Futbol” Beynəlxalq Uşaq Sosial Proqramının illik çempionatının 32 yığma komandası seçildi.
Canlı yayımda Matteo de Venesiya (Filippinlər), Kinli Deki Yanqzom (Butan), İrintsu Rakotomamoni (Madaqaskar) və Yevgeniya Qorbunova (Rusiya) 32 beynəlxalq komandanın heyətlərini (hər biri 4 komandadan ibarət 8 qrup) təyin etdilər. Ənənəyə görə qruplar nadir heyvan növlərinin adlarını aldı.
Mikayıl Abdullayev “Cənubi Amerika Harp qatralı”, Alimdar Əhmədov “Çay delfini” adlı komandanın üzvü oldu, İsmayıl Vəliyev isə “Atəşli Salamandr”ın himayəsi altında ölkənin şərəfini qoruyacaq. Uşaqlar Fransa, Uqanda, Tanzaniya, Koreya, Rumıniyadan olan həmyaşıdları ilə qarışıq komandalarda oynayacaqlar – 100-dən çox ölkədən olan uşaqlar onlayn dünya çempionatında iştirak edəcəklər.
Dünyanın dörd bir yanından gələn uşaqlar “Dostluq üçün Futbol”un dünya çempionları adı uğrunda və İstanbulda keçiriləcək UEFA Çempionlar liqası 2021-in finalına bilet qazanmaq uğrunda mübarizə aparacaqlar. İlk dəfə püşkatma canlı yayımda Gənc İştirakçılar tərəfindən aparıldı və əfsanəvi futbolçu Roberto Karlos yayımın xüsusi qonağı oldu.
Layihənin fəxri qonaqları və səfirləri – Dünya Kubokunun və UEFA Çempionlar Liqasının qalibi Roberto Karlos, Rusiya Futbol İttifaqı prezidentinin müşaviri Aleksey Smertin, UEFA Futbol Sahəsində Mütəxəssislərin Təlimi və Təhsili Departamentinin rəhbəri Frank Ludolf, FIFA-nın peşəkar oyunçusu FC” Schalke 04” Tim (Tim “Latka”) Svartmann qarşıdakı tədbirləri elan etdilər. 27 noyabr - 9 dekabr 2020-ci il tarixlərində Gənc İştirakçılar üçün aşağıdakılar planlaşdırılır:
- Uşaq idmanının inkişafı sahəsində layihələrin təqdim ediləcəyi beynəlxalq onlayn forum və “Dostluq üçün Futbol – 2020” mükafatı (30 noyabr - 4 dekabr 2020).
- “Dostluq üçün Futbol” proqramının Gənc Jurnalistlərin təhsil aldığı və çalışdığı beynəlxalq uşaq onlayn mətbuat mərkəzi (28 noyabr - 9 dekabr 2020).
- Uşaqlar üçün humanitar və idman proqramları ilə beynəlxalq onlayn dostluq düşərgəsi (28 noyabr - 6 dekabr 2020).
- “Dostluq üçün Futbol” onlayn Dünya Çempionatının seçmə oyunları (7 dekabr - 8 dekabr 2020).
- 9 dekabr 2020-ci il tarixində keçiriləcək Möhtəşəm Final və burada İstanbulda keçiriləcək UEFA Çempionlar Liqası 2021 finalı üçün qalib və şanslı bilet sahibləri müəyyənləşəcək.
“Dostluq üçün Futbol” gənc nəslə özlərini reallaşdırmaq və xəyallarını həyata keçirmək imkanı verən əsl sosial pilləkəndir. Bu gün “Dostluq üçün Futbol” yenə də dünyanın hər yerindən idmana laqeyd olmayan gənc oyunçuları, yenicə başlayan jurnalistləri və uşaqları birləşdirir. Burada hər kəs yeni biliklər öyrənə, yeni dostlar tapa və sadəcə unudulmaz təcrübə əldə edə bilər” – deyə Roberto Karlos Gənc İştirakçıları salamladı.
“Dostluq üçün Futbol” beynəlxalq çempionatı ənənəvi olaraq UEFA Çempionlar Liqasının final oyunları ərəfəsində fərqli şəhərlərdə keçirilir. Tədbirin dünyadakı uşaqların gözlədiyini saxlamaq üçün bu il yarışın onlayn – yeni oyun futbol simulyatorunda Football for Friendship World keçirilməsinə qərar verilib.
“Bu gün biz “Dostluq üçün Futbol”un peşəkar başlanğıc üçün gözəl fürsətlər təqdim etdiyi yetkin idmançılar, ictimai xadimlər, jurnalistlər və sadəcə məqsədyönlü gənclərlə fəxr edə bilərik. 2020-ci il mövsümünün “Dostluq üçün Futbol”un bütün iştirakçılarını təbrik edirəm v onların hər birinə uğurlar diləyirəm” - deyə “Gazprom” İSC-nin İdarə Heyətinin sədri Viktor Zubkov bu mövsüm iştirakçılarına müraciət etdi.
“Dostluq üçün Futbol” proqramının Gənc İştirakçıları ilk oynayacaqlar. Oyun tətbiqi geniş izləyicilərə 10 dekabrda – Ümumdünya Futbol Günündə təqdim ediləcək. MS Windows, Apple MacOS, Android, iOS üçün pulsuz yükləyə bilərsiniz.