PSV-nin vingeri Brumanın kart hesabından böyük məbləğdə pul götürülüb.

Rekord.az xəbər verir ki, Qvineya-Bisau əsilli futbolçunun 3 milyon avrosunu onun ən yaxın dostu Du Qanso ələ keçirib.

Portuqaliya millisinin üzvü “Leyptsiq”də çıxış edərkən dostuna vəkalətlik verib. Du Qanso 2 il ərzində hesabdan pulu götürüb.

Fevral ayında villa almaq istəyən 25 yaşlı futbolçu vəziyyəti anlayıb və dostunu məhkəməyə verib.