Bir aydır «Bakı»nın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasında aparılan söküntü yarımçıq dayandırılıb.

Rekord.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi burada görülən işlərə ara verilməsini istəyib.

Səbəb idman qurğusunun təyinatı üzrə istifadəsinə dair rəsmi sənədin olmasıdır. Komitə «Delfin»MMC tərəfindən satılan ərazinin yalnız bir hissəsində söküntü-tikintiyə icazə verib.

Bu isə keçmiş «Delfin» otelinin yerləşdiyi sahədir. Hansı ki orada Qolf Federasiyası və məşhur «Kəhrəba» restoranı yerləşir. Konkret futbol bazasının olduğu əraziyə gəlincə,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Türkiyə şirkətinə ərazinin təyinatı üzrə istifadə olunmasının gərəkdiyini bildirib. Başqa sözlə, kompleksə aid stadion və binalar sökülürsə, yerində yaşayış massivi salına bilməz.

Burada ancaq idman qurğuları yaratmaq ümmkündür. Hələlik məsələ bu yerdə qalıb və layihə təsdiqlənməyib. (sportinfo.az)