Draksler 100-ə çatdı
- 11 Yan 2021 14:21
- 622
Liqa 1-in 19-cu turunda “Brest”lə matç PSJ-nin futbolçusu Yulian Draksler üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada iştirak etməklə Paris təmsilçisinin heyətində Fransa çempionatında çıxdığı oyunların sayını 100-ə çatdırıb.
Almaniyalı futbolçu debütünü 2017-ci il yanvarın 14-də “Renn”lə görüşdə (1:0) edib.
Qeyd edək ki, Draksler PSJ ilə 3 dəfə Liqa 1-in çempionu olub.