Uzun müddətdir ki, BƏƏ Dubay şəhərində çalışmış tanınmış msajçı Faiq Hüseynov Azərbaycana dönüb.

Rekord.az xəbər verir ki, vaxtı həm millidə, həm də ölkəmimiddialı klublarında çalışmış Hüseynov bundan sonra Vətəndə çalışmaq istəyir.

Amma onun hansı klubda çalışacağı məlum deyil. Çünki ilk növbədə təklif almalıdır.

Xatırladaq ki, təcrübəli mütəxəssis bir müddət əvvəl öz xidmətini AFFA-ya təklif etsə də müsbət cavab almamışdı.