Dünya birinciliyi öncəsi milli komanda ilə görüş
- 29 Avq 2023 11:32
- 322
Avqustun 28-də Bosniya və Herseqovinada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək.
Rekord.az xəbər verir ki, yarış ərəfəsində Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev mundiala ev sahibliyi edəcək Sarayevoda milli komanda ilə görüşərək son məşqi izləyib.
Komandaya uğurlar arzulayan ATF rəsmiləri taekvondoçularımızın uğurlu çıxışına inandıqlarını bildiriblər.
Komandanın məşqçilər korpusu yığmanın son durumu barədə məlumat verib, dünya birinciliyinə yüksək səviyyədə hazırlıq keçən yetirmələrinə böyük ümid bəslədiklərini deyiblər.
4 gün davam edəcək yarışda ölkəmizi İlknur Əlimov (148 sm), İlyas Hətəmli (156 sm), Novruz Əliyev (160 sm), Əliheydər Quliyev (164 sm), Həsən Əlizadə (172 sm), Tamerlan Yaqubov (180 sm), Leyla Kərimova (152 sm), Humay Dadaşova (156 sm), Şəms Əlizadə (160 sm), Nilufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) təmsil edəcəklər. Mundialda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da hakimlər sırasında yer alacaq.