Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcək.

Rekord.az xəbər verir ki, gənc atlet 109 kq çəki dərəcəsində mübarizə aparacaq.

Noyabrın 15-23-ü aralığında təşkil olunacaq mötəbər yarışda 70-ə yaxın ölkədən 310 (171 kişi, 139 qadın) atlet iştirak edəcək.