2027-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Rekord.az Beynəlxalq Hokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən xəbər verir ki, yarış Almaniyada baş tutacaq.

Qərar IIHF-in illik Konqresində qəbul olunub. Qazaxıstan da namizədlər sırasında idi.

Qeyd edək ki, Almaniya sonuncu dəfə 2017-ci ildə Fransa ilə birlikdə turnirə ev sahibliyi edib.