Dünya çempionatı “Misli”nin baş sponsorluğu ilə yayımlanacaq
- 18 Noy 2022 10:27
- 477
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına sayılı günlər qalıb. Futbolsevərlərin həvəslə gözlədiyi mundialın oyunları Azərbaycanın qanuni idman mərc oyunları operatoru – “Misli”nin baş sponsorluğu ilə İctimai Televiziyada canlı yayımlanacaq.
Dörd ildən bir keçirilən və böyük maraqla gözlənilən turnir ilk dəfə payız fəslinə təsadüf edir. Dünya çempionatı noyabrın 20-sində start götürəcək. A qrupunda meydan sahibi Qətər Ekvadoru qəbul edəcək. Çempionun adına dekabrın 18-də baş tutacaq final matçında aydınlıq gələcək.
Həm “Misli” məntəqələrində, həm də “Misli.az” saytında dünya çempionatı oyunlarına da daha yüksək əmsallar təklif olunacaq. Eyni zamanda, futbol həvəskarları uzunmüddətli mərc imkanından yararlana biləcəklər.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının baş sponsoru olan “Azərlotereya” ASC-nin “Misli” brendi ölkədə idman xarakterli müxtəlif festival və yarışların təşkilinə, eləcə də canlı yayımlanmasına dəstək göstərir.