Dünya çempionatında 4 medal
- 26 Okt 2019 17:20
- 1304
Çilinin paytaxtı Santyaqoda təşkil olunan karate üzrə XI dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın üçüncü günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Əvvəlki günlərdə uğursuz çıxış edən millimizin üzvləri bu dəfə 4 medal qazanıblar.
16-18 yaşlı gənclərdən ibarət milli komandanın üzvlərindən Hüseyn Məmmədli (-61 kq) gümüş, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (-59 kq) yaxşı təsir bağışlasalar da, medalçılar arasına düşə bilməyiblər.
Bu gün 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) çıxış edəcəklər.