Beynəlxalq Voleybol Federasiyası dünya çempionatı ilə bağlı yenilik edib. "Rekord.az" xəbər verir ki, qurumun etdiyi dəyişikliyə əsasən növbəti mundialda 24 yox, 32 yığma komanda iştirak hüququ qazanacaq. Bu qayda həm qadınların, həm də kişilərin yarışı üçün keçərlidir.

Növbəti dünya birinciliyində iştirakçılar hərəsində dörd komanda olmaqlar səkkiz qrupda mübarizə aparacaqlar. Bu qruplarda ilk iki yeri tutacaq yığmalar 1/8 finala vəsiqə qazanacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl başa çatmış mundialda Serbiya finalda Braziliyanı məğlub olaraq ardıcıl ikinci dəfə çempion adını qazanıb.