Dünya çempionatında kim nə vaxt güləşəcək?
- 09 Sen 2022 16:00
- 490
Sabah Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürəcək.
Rekord.az xəbər verir ki, sentyabrın 18-dək davam edəcək mundialda Azərbaycan 24 idmançı ilə təmsil olunacaq. Onlardan 9-u yunan-Roma, 5-i qadın, 10-u isə sərbəst güləşçilərdir.
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Sabah Şəriəti (130 kq).
Qadın güləşi: Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq).
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İslam Bazərqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Aydın Əhmədov (125 kq).
Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri qoşulacaq. İlk gündə Eldəniz Əzizli, Ülvi Qənizadə və Sənan Süleymanov yarışa start verəcək. Ayın 11-də Taleh Məmmədov, Həsrət Cəfərov, Rafiq Hüseynov və Arif Niftullayev, ayın 12-də isə Murad Məmmədovla Sabah Şəriəti xalça üzərinə çıxacaq.
Sentyabrın 12-də qadın güləşi üzrə yarışlar da başlayacaq. İlk olaraq Tatyana Omelçenko, növbəti gün Leyla Qurbanova ilə Elis Manolova, sentyabrın 14-də isə Jalə Əliyeva və Alyona Kolesnik qüvvəsini sınayacaq.
Son olaraq sərbəst güləşçilər mundial həyəcanı yaşayacaq. Sentyabrın 15-də Coşqun Əzimov, Əşrəf Aşırov, Abubakr Abakarov və Aydın Əhmədov yarışa start verəcək. Ayın 16-da Əliabbas Rzazadə, Turan Bayramov və Osman Nurmaqomedov, ayın 17-də isə İslam Bazarqanov, Hacı Əliyev və Maqomedxan Maqomedov xalça üzərinə çıxacaq.
Qeyd edək ki, hər çəki dərəcəsi üzrə mübarizənin ilk günündə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medal qarşılaşmaları növbəti gün baş tutacaq.