Dünya çempionatının estafeti Bakıya ötürüldü
- 21 Noy 2022 20:30
- 544
Meksikanın Qvadalaxara keçirilən dünya çempionatının bağlanış mərasimində Dünya Taekvondo Federasiyasının bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Rekord.az xəbər verir ki, bayrağı ATF-nin vitse-prezidenti Nağı Səfərov qəbul edib.
Beləliklə, mundialın estafeti Bakıya ötürülüb. Paytaxtımızdakı dünya çempionatının gələn ilin noyabr ayında təşkil olunması planlaşdırılır.
Xatırladaq ki, mundiala 8 nəfərlik heyətlə qatılan Azərbaycan millisi çıxışını bir bürünc medalla başa vurub. Yeganə mükafatı Cavad Ağayev (68 kq) qazanıb.