Dünya çempionatının keçiriləcəyi ölkə bəlli oldu
- 17 May 2024 13:30
- 170
2027-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
Rekord.az xəbər verir ki, turnir Braziliyada təşkil olunacaq.
Qərar FIFA-nın Tailandın paytaxtı Banqkokda keçirilən 74-cü Konqresində qəbul olunub.
Belçika, Niderland və Almaniya da yarışa birlikdə ev sahibliyi etmək istəyirdi. Meksika və ABŞ isə aprelin sonunda birgə ərizələrini geri götürüblər.
2023-cü ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında İspaniya millisi qızıl medal qazanıb.