
Dünya çempionatının mükafat fondu təsdiqləndi
- 26 Mar 2025 18:00
- 96
FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının mükafat fondunu təsdiqləyib.
Rekord.az xəbər verir ki, 32 iştirakçı klub üçün 1 milyard dollarlıq mükafat fondu ayrılıb.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. 2025 kllublararası dünya çempionatının qalibi 125 milyon dollar qədər qazanacaq.
Turnirin bölgü modelinə idman nailiyyətlərinə görə 475 milyon dollar və iştiraka görə 525 milyon dollar daxil olmaqla 1 milyard dollarlıq ümumi mükafat fondu daxildir. Ən çox mükafatı UEFA-ya üzv olanlar alacaqlar. Mükafatın məbləği reytinq və gəlirdən asılıdır.
UEFA üzvləru 12,81 milyon dollardan 38,19 milyon dollara qədər, Cənubi Amerika təmsilçiləri - 15,21 milyon dollar, digərləri isə 9,55 milyon dollar qazana biləcəklər.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Oyunlara 11 şəhərin 12 stadion ev sahibliyi edəcək, final isə Nyu Yorkdakı keçiriləcək.