Dünya çempionu: “Bakıda qızıl medal qazandığım üçün çox sevinirəm”
- 29 Avq 2023 14:30
- 358
“Bakıda qızıl medal qazandığımı üçün çox sevinirəm”.
Rekord.az xəbər verir ki, bunu Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəşaçma növündə qızıl medal qazanan Polşa idmançısı Masiey Kovaleviç deyib.
Atıcı mükafatlandırma mərasimindən sonra uğurunu şərh edib: “Yarışla bağlı təəssüratlarım yüksəkdir. Bakı mənim üçün heç də yad şəhər deyil. Əvvəllər də bura gəlmişəm. Bu, heç də asan olmadı. Amma öhdəsindən gələ bildik. Polşanın hərbi tüfəng komandasının da üzvüyəm. Bu üzdən atəş açmağı çox sevirəm. Atışın növü və məsafəsi mənim üçün elə də əhəmiyyət kəsb etmir. 300 metr məsafədən atəşaçma yarışlarını çox sevirəm. Bununla belə, digər növlərdə də yarışıram”.
Qeyd edək ki, Masiey Kovaleviç 587 xal toplayaraq, dünya çempionluğuna yiyələnib.