Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro DÇ-2006-nın finalında Fransaya qarşı keçirdikləri oyunu yada salıb.

Rekord.az xəbər verir ki, o, TMW-yə açıqlamasında mundialın qalibi olmalarına rəğmən fransızların daha yaxşı oynadığını etiraf edib:

“2006-cı ildə Fransa yığması bizdən daha yaxşı oynamışdı. Amma biz dünya çempionu olduq. Futbol oyunlarında heç nə həmişə güclü olan qalib gəlmir”.

Xatırladaq ki, DÇ-2006-nın finalında İtaliya yığması Fransaya penaltilərlə qalib gələrək dünya çempionu olmuşdu – əsas vaxt 1:1, penaltilər 5:3.