![photo](https://rekord.az/uploads/5/197353-2845h26ojb-600x300.jpg)
Dünya çempionu vəfat etdi
- 2024-04-16 15:20
- 170
Almaniya millisinin və "Ayntraxt"ın sabiq hücumçusu Bernd Hölzenbeyn vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Martın 9-da 78 yaşını qeyd edən sabiq futbolçu uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.
Hölzenbeyn 1974-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub. O, ümumilikdə Almaniya millisində 40 oyun keçirib və 5 qol vurub.
Hölzenbeyn klub səviyyəsində "Ayntraxt" və "Fort Lauderdal Straykers" komandalarının formasını geyinib. O, "Ayntraxt"ın Bundesliqadakı bombardiri olaraq qalır. Bernd Hölzenbeyn bu komandada 160 qol vurub.