Dünya şahmatının elitası yenidən “Vugar Gashimov Memorial”ında bir araya gəlir. 2022-ci ildə keçiriləcək superturnirdə özbəkistanlı dünya çempionu Nodirbek Abdusattorov və üçqat Avropa çempionu Rauf Məmmədovun iştirakı təsdiqlənib.

​​Rekord.az xəbər verir ki, turnirin mətbuat xidməti xəbər ki, artıq superturnirin 6 iştirakçısı bəlli olub.

Mötəbər yarışda Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport və hindistanlı Qukeş Dommaracu da mübarizə aparacaqlar.

 

​Nodirbek Abdusattorov 2015-ci ildə 11 yaşında Beynəlxalq Şahmat Federasiyasının “Ən yaxşı 100 yeniyetmə” siyahısına daxil olub. O, bu siyahıya düşmə yaşına görə rekord müəyyənləşdirib. 2021-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan rapid üzrə dünya çempionatının qalibi olan qrosmeyster cari ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında Özbəkistan millisinin heyətində qızıl medala sahib olub.

​ ​ ​ ​ ​ ​ ​ Dördqat Azərbaycan çempionu olan Rauf Məmmədov 3 dəfə komandalar arasında Avropa çempionatının qalibi olub. O, 2015-ci ildə Belarusun paytaxtı Minskdə blits üzrə Avropa çempionu adını qazanıb. “Vüqar Həşimov” klubunun lideri olan Rauf Məmmədov 2021-ci ildə Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan klublararası Avropa kuboku yarışında bürünc medal əldə edib.

​ ​ ​ ​ ​ ​ ​ On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.