Dünya futbolunun ən məhşir “10 nömrə”lərinin ilk “onluğ”unu! YAZI + FOTOLAR
- 07 May 2020 13:00
- 3407
Futbolçular adətən öz oyunları ilə yaddaşıara həkk olunurlar, tarixə düşürlər. Amma hər bir futbolçunun bir nömrə altında meydançaya çıxdığını nəzərə alsaq, o zaman etiraf etməliyik ki, həmin nömrələrin məhşurlaşmasında onu daşıyan futbolçuların böyük əməyi var. Yəqin ki, heç kim etiraz etməz ki, dünya futbolunda ən məhşur, və hər bir uşaq, yeniyetmə, gənc futbolçunun geymək istədiyi nömrə “10 nömrə”dir. Ən əsası ona görə ki, dünya futbolunun canlı əfsanələrindən olan Pele və Maradona da bu nömrə altında oynayıblar və həmin nömrəni bütün dünyada məhşurlaşdırıblar. Bu iki futbolçudan sonra bir çoxları bu nömrə altında oynadı, tarixə düşdü. Rekord.az dünya futbolunda məhşur olan ən güclü “10 nömrə”lərin ilk “onluğ”unu öz oxucularına təqdim edib. Ola bilsin kimlərsə bizim bu siyahıdan narazı qalıb kimlərinsə burada olmamasını düşünə bilər. Bütün fikirlərə hörmətlə yanaşırıq. Beləliklə, dünya futbolunun ən güclü on “10 nömrə”si:
Pele (Braziliya)
Yüzilliyin ən yaxşı futbolçularında biri, kimlər üçünsə birincisi. Braziliyalı dünya çempionatlarının final mərhələsində oynamış ilk ən gənc yaşlı futbolçu kimitarixə düşməyi bacardı. Belə ki, 1958-ci ildə keçirilən dünya çempionatında oynayanda Pelenin 17 yaşı var idi. 1950-70-ci illər aralığında o dövrün ən sürətli, texnikalı oyunçusu kimi tanınıb. Başla və hər iki ayaqla əla oynayıb. 3 dəfə dünya çempionu adını qazanmağa nail olub ki, bu da hər futbolçuya qismət olan naliyyət deyil. Dünyada yeganə futbolçulardandır ki, hətta futbolla ümumiyyətlə maraqlanmayan insan belə onun adını tanıyır. Bir sözlə, dünya futbolunun canlı əfsanəsi sayılan Pele “10 nömrə” altında oynayan dahilərdən sayılır.
Dieqo Armanda Maradona (Argentina)
XX yüzilliyin sonunda bütün dünya üzrə XX əsrin ən güclü futbolçusunu seçmək məsələsi gündəmə gəldi. Həmin vaxt FİFA bu adı Peleyə verdi. Çoxları bunu obyettiv sorğu kimi qəbuol etmədi. Amma internet vasitəsi ilə bütün dünya üzrə aparılan sorğu da Maradona Peleni qat-qat qabaqlayaraq azarkeşlərin səsi nəticəsində XX əsrin ən güclü futbolçusu elan edildi. Vəziyyəti belə görən FİFA da bu adı iki futbolçu arasında bölüşdürdü. Maradonanı futbol sehirbazı adlandırırdılar. “10 nömrə”nin bu qədər dahiləşməsində onun da əməyi misilsiz oldu, çünki argentinalı da məhz bu forma altında oynayıb. Bəstəboy olsa da ağlagəlməz texnikası ilə rəqibin 11 futbolçusunu da aldatmağa qadir idi. Hər iki ayağı ilə əla oynayır, cərimə zərbələrinin mükəmməl yerinə yetirirdi. Məhz onun sayəsində Argentina yığması 1986-cı il dünya çempionatının qızıl meddlarını qazandı. Elə “Napoli” kimim orta səviyyəli bir komandanın İtaliya çempionu adını qazanmasında da Maradonanın misilsiz rolu oldu. O, həqiqətən də əfsanə adını sağlığında alan nadir insanlardandır. Argentina millisini uzun müddət kapitan kimi meydançaya çıxarıb.
Lottar Matteus (Almaniya)
Matteus da “10 nömrə” altında oynamış dahi futbolçulardan hesab olunur. Bəlkə də Frants Bekkenbauerlə birlikdə alman futbolunun XX əsrdə yetişdirdiyi ən güclü futbolçu. Əgər Maradona 1986-cı ildə Argentina yığmasına dünya çempionluğunu qazandırmışdısa, Matteus eyni uğura Almaniya millisinin imza atması üçün 1990-cı ildə həlledici rolu oynamışdı. Lottar da o qədər də hündürboy oyunçu olmayıb. Amma əsl lider olub. Oyunu üzərinə götürmək bacarığına malik Matteus bəzən uzun məsafəli reyd edərək vurduğu həlledici qollarla da tarixə düşüb. O, Almaniya millisində kapitan sarğısını da daşıyıb.
Ruud Qullit (Hollandiya)
Hollandiya futbolunun dünyadakı ən məhşur “10 nömrə”si heç şübhəsiz ki, Qullit olub. Gənc yaşlarından Hollandiya milli komandasına da dəvət alan Ruud qısa zamanda millinin aparıcı futbolçularından birinə çevrilə bilib. Düzdür, o, dünya çempionu adını qazana bilməyib. Amma əvəzində 1988-ci il van Basten, Raykard, Kumanın da yer aldığıı və holland futbolunun “qızıl dövrü” hesab olunan heyətlə birgə Avropa çempionu olmağı bacarıb. Özü də Qullit həmin komandanın qapitanı olub. Dövrünün ən güclü futbolçularından biri olman canlı əfsanə hər iki ayaq və başla güclü zərbələrə malik olub. Ekstravant saç düzümü ilə də məhşur olan Qullit “qızıl heyət”in kapitanı olub.
Georgi Haci (Rumumiya)
Əminliklə demək olar ki, Rumıniyanın XX əsrdə dünyaya bəxş etdiyi ən məhşur şəxsiyyətlərindən biri. Hacini də canlı əfsanələrdən biri adlandırırlar. Düzdür, o, nə dünya çempionu ola bildi, nə də Avropa. Heç mükafatçılar sırasına da düşmədi. Amma əfsanə olmağı bacardı. Haci əfsanəvi “solaxay”lardan sayılır. Onun sol ayağı ilə uzaq məsafələrdən vurduğu fantastik qollar və cərimə zərbələri hələ də çoxlarının yaddaşından silinməyib.
Zvonomir Boban (Xorvatiya)
Boban bəlkə də, kimlər üçünsə Pele, Maradona kimi futbolçuların yanında ikinci dərəcəli sayıla bilər. Amma, xorvatiyalı futbolçu da “10 nömrə”ni layiqincə daşıyıb. Gənc yaşlarında parlayan Zvonomir tezliklə nəinki vətəni Xorvatiyada, bütün dünyada tanındı. Onun uzun müddət “Milan” kimi komandanın aparıcı futbolçularından biri olması dediklərimizə sübutdir. Boban gözəl dispeçerlik qabliyyətinə malik olub və ən çəin anlarda oyunu üzərinə götürərək komandasının çətin vəziyyərdən çıxarmağı bacarıb. Xorvatiya 1998-ci il dünya çempionatının bürünc medalları qazanarkən də komandanın kapitanı məhz Boban olub.
Roberto Bacco (İtaliya)
Bir kəlmə ilə dahi. Onun meydançada bacarmadığı heç bir şey yox idi. Yüksək sürət, əla texnika, hər iki ayaqla oyun, cərimə zərbələrindən vurulan möhtəşəm qollar. Və ən əsası “siçan quyruğu” adı ilə məhşurlaşan saç düzümü. Bacco dünya futbolunda “10 nömrə”ni daşıyan ən güclü futbolçulardan biri kimi tarixə düşməyi bacarıb. 1994-cü il dünya çempionatının finalında qaçırdığı məlum penalti futbolçunu hər mənada nə qədər “sındırsa” da Bacco dahi olaraq qalacaq.
Zinəddin Zidan (Fransa)
Fransa futbolunda “10 nömrə”nin iki məhşur daşıyıcısı olub. Mişel Platını və Zinəddin Zidan. Amma ikinci birinci ilə müqayisədə daha çox bu ada layiq olduğunu sübut edib. Elə futbolsevərlər də bu cür düşünür. Düzdür, Platini dövrünün ən dahi futbolçularından olub. Amma Zidanın 1998-ci ilin finalında Braziliyanın qapısına vurduğu 2 qolla Fransa millisinə tarixində ilk dünya çempionluğunu qazandırması artıq bütün suallara aydınlıq gətirdi. Zidan da nadir “futbol sehirbazları”ndan olub. Onun ayağından top almaq sadəcə mümkün olmayıb. Həm millidə, həm “Yuventus”da, həm də “Real”da komandasının əvəzolunmaz lideri olub. Hər iki ayağı və başı ilə gözəl oynayıb, cərimə zərbələrini mükəmməl yerinə yetirib. Futboldan gedişi adına layiq olmadı (2006-cı il dünya çempionatının finalında onun kapitan sarğısını daşıdığı Fransa İtaliya millisinə məğlub oldu. Zidan isə Materatsiya başı ilə zərbə vurduğu üçün meydançadan qovuldu). Amma heç nə Zidanın dünya futbolsevərləri önündə qazandığı sevgini azalda bilmədi.
Karles Valderamma (Kolumbiya)
Valderamma futbolçu kimi demək olar heç bir ciddi uğura nail olmayıb. Nə dünya çempionu olub, nə Avropa çempionu, nə də klub səviyyəsində böyük uğurlar qazandırıb. Onun dünya futbolunda məhşur “10 nömrə”lərdən biri kimi məhşurlaşmasında ilk növbədə qeyri-adi, fantastik saç düzümü olub. Elə meydançaya yeni-yeni qədəm basdığı ilk zamanlarda da hamının diqqətini ilk növbədə saç düzümü ilə çəkib. Amma etiraf etmək lazımdır ki, heç bir ciddi uğur qazanmasına baxmayaraq, Valderamma yaxşı futbolçu olub, kapitan sarğısını daşıdığı Kolumbiya millisinin lideri olmağı bacarıb. Kom andanın 1990-ci il dünya çempionatın 1/8 final mərhələsinə vəsiqə qazanmasında bu futbolçunun böyük əməyi olmuşdu. Qeyd edək ki, həmin vaxt bu nəticə tək Kolumbiyada yox, bütün dünyada çox yaxşı qarşılanmışdı.
Messi (Argentina)
Ən yaxşı “10 nömrə”lər arasında “onluğ”u tamamlayan Messi bu siyahıda olan futbolçular arasında yeganə şəxsdir ki, hazırda da karyerasını davam etdirir. Onu müasir futbolun ən güclü “10 nömrə”lərindən adlandırmaq olar. Amma Messi “Barselona”da oynadığı futbolla adını çoxdan dünya futboluna qızıl hərflərlə yazdırmağı bacarıb. Başgicəlləndirici, ağlagəlməz driblinqləri ilə əsl “futbol sehrbazı”adını qazanmağı bacarıb. İndinin özündə də tək vətəni Argentinada yox, bütün dünyada xeyli fanatı var. Dəfələrlə oynadığı komandalarının ən çətin anlarında fərdi liderlik keyfiyyətləri hesabına ona qələbə qazandırmağı bacarıb. Əminliklə demək olar ki, karyerasını günü bu gün bitirsə belə, dünya futboluna gəlmiş ən güclü “10 nömrə”lər siyahısında öz layiqli yerini tutub.
Hazırladı Anar XANLAROV