Dünya kuboku ilə bağlı yekun qərar verildi
- 23 May 2020 16:25
- 655
Koronavirus pandemiyasına görə təxirə salınmış bədii Gimnastika üzrə Dünya Kuboku barədə qərar verilib.
Rekord.az Beynəlxalq Gimnastina Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, bir neçə dəfə təxirə salınmış turnir yekunda ləğv edilib.
Dünya Kuboku martda İspaniyanın Marbelya şəhərində keçirilməli idi.
Qeyd edək ki, daha öncə 24 - 26 apreldə Bakıda keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Dünya Kuboku təxirə salınmışdı.