Dünya Kubokunda bürünc medal qazanan idmançını idarə rəisi qəbul etdi
- 11 İyn 2023 14:35
- 322
Qardaş Türkiyə Cümhuriyyətində keçirilən Kikboksinq üzrə Dünya Kuboku yarışında iştirak edən Bərdənin yetirməsi Mehtizadə Aysu Nicat qızı 15-16 yaşlı qızlar arasında 48 kq çəki dərəcəsində III yeri tutaraq bürünc medal qazanmışdır.
Rekord.az xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsi rəisi Hikmət Ələkbərli beynəlxalq əhəmiyyətli yarışda nailiyyət edən idmançımızı və onun məşqçisi Ədalət Əsədovu qəbul edərək onları idarənin kollektivi və idman ictimaiyyəti adından təbrik etmiş , Aysunu idarənin Fəxri Diplomu və xatirə hədiyyəsi ilə təltif etmişdir.