Mayın 11-dən 15-dək Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku keçirilib.

Rekord.az xəbər verir ki, yarışda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü və Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edib.

Dünya kubokunda Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkətlər proqramında bürünc medala sahib çıxıblar.