"Neftçi" komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsveçrənin Friburq şəhərində keçiriləcək növbəti mərhələsində bu gün mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilk oyununu Kanada yığmasına qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

A qrupunda Malayziya seçməsi də yer alıb. 16 kollektivin yer aldığı turnirdə qruplarda ilk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. Yarışda, həmçinin, Fransa, Çin, Yaponiya, İtaliya, Portuqaliya, İsveçrə, Ukrayna, Yeni Zelandiya, İsrail, Latviya milliləri, Çinin "Yuanda", Macarıstanın "Dyor" və İsveçrənin "Friburq" klubları da iştirak edir.