Dünya şahmat tacı uğrunda görüşün vaxtı və yeri açıqlandı
- 28 Yan 2021 18:45
- 902
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmat tacı uğrunda keçiriləcək oyunun vaxtını və yerini açıqlayıb.
Rekord.az xəbər verir ki, görüş bu il 24 noyabr-16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Görüş hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) iddiaçılar turnirinin qalibi arasında təşkil olunacaq. İddiaçılar turniri koronavirusa görə təxirə salınıb. Yarış bu il noyabrın 1-də, Rusiyanın Yekaterinburq şəhərində qaldığı yerdən davam etdiriləcək.