Türkiyənin Acıbadəm klinikalar şəbəkəsinin  rəhbəri Mehmet Ali Aydınlar ilə komandamızın meneceri  Zaur Namazov,  Onat Kurt və millimizin üzvü Şəfaqət Alışanovanın iştirakı ilə görüş keçirilib. "Rekord.az" xəbər verir ki, görüşdə tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən dünyaca məşhur Acıbadəm xəstəxanalar şəbəkəsi  Azərbaycan  Voleybol  Federasiyasının qadınlardan ibarət komandasının, işçi heyətinin, eləcə də  Azerreyl  Voleybol Klubunun qadınlardan ibarət komandasının, həmçinin işçi heyətinin yenidən sağlamlığının qayğısına qalacaq.