“Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.

Rekord.az xəbər verir ki, reytinqə Argentina millisinin və İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi başçılıq edir.

33 yaşlı hücumçunun builki gəliri 126 milyon ABŞ dolları təşkil edir.

Sıralamada 2-ci yeri 117 milyon ABŞ dolları qazanan İtaliya "Yuventus"unun forvardı Kriştiano Ronaldo tutur. Portuqal oyunçu daha əvvəl dünyanın ilk milyarder futbolçusu kimi tarixə düşüb.

Siyahının 3-cü pilləsində isə Fransa PSJ-sinin braziliyalı hücumçusu Neymar yer alır - 96 milyon ABŞ dolları.

Reytinqdə ilk "10-luq" aşağıdakı kimidir:

1. Lionel Messi ("Barselona") - 126 milyon ABŞ dolları

2. Kriştiano Ronaldo ("Yuventus") - 117 milyon

3. Neymar (PSJ) - 96 milyon

4. Kilian Mbappe (PSJ) - 42 milyon

5. Məhəmməd Salah ("Liverpul") - 37 milyon

6. Pol Poqba ("Mançester Yunayted") - 34 milyon

7. Antuan Qrizmann ("Barselona") - 33 milyon

8. Qaret Beyl ("Real") - 29 milyon

9. Robert Levandovski ("Bavariya") - 28 milyon

10. David De Xea ("Mançester Yunayted") - 27 milyon