2023-cü ilin ən çox qol vuran qapıçıları açıqlanıb.

Rekord.az xəbər verir ki, Meksikanın “Toluka” klubunun şərəfini qoruyan braziliyalı qapıçı Tyaqo Volpi ötən il hamıdan çox - 9 qol vurub.

33 yaşlı qolkiper bütün qolları penaltidən vurub.

İkinci yeri 3 qol vurmuş argentinalı Dieqo Rodriqes tutur. “Qodoy Krus”un qolkiperi 3 qola imza atıb ki, bunların hamısı penalti nəticəsində mümkün olub.

Xoan Parra (“Enviqado”) və Xuan Karlos Robles (“Qran Mamore”) isə hərəyə 2 dəfə fərqləniblər.