Dünyanın idman federasiyaları Rusiya və Belarusa qarşı birləşir
- 06 İyl 2022 19:18
- 494
Aparıcı dünya dövlətləri Rusiya və Belarusu beynəlxalq idman federasiyalarına üzvlükdən məhrum etmək istəyirlər.
Rekord.az xəbər verir ki, 35 ölkə Rusiya və Belarusun milli idman orqanlarının beynəlxalq idman federasiyalarına üzvlüyünün dayandırılmasını tələb edib.
Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, ABŞ, İsveç, Finlandiya, Fransa, Xorvatiya, Çex Respublikası, Estoniya, Cənubi Koreya və Yaponiya müvafiq sənədi imzalayıblar.
Ukrayna isə sənədi imzalamayıb.