Durarbəylidən bir qələbə, iki heç-heçə
- 22 Apr 2022 14:14
- 514
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka Memorialı” keçirilir.
Rekord.az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrossmeysterimiz Vasif Durarbəyli ilk turda kubalı Yasser Perez Quesada heç-heçə oynayıb.
Ardınca Daniel Karlos Kabreranı (Kuba) məğlub edən Durarbəyli 3-cü turda daha bir kubalı şahmatçı Omar Kintana ilə xalı yarı bölüb.
Ümumilikdə turnirdə 6 ölkə - Kuba ilə yanaşı Azərbaycan, ABŞ, Argentina, Hindistan və Türkiyə şahmatçıları iştirak edir.