Eddi İsrafilovun Uelslə matçda millinin düşərgəsinə gəlməməsinin təfərrüatları məlum olub.

 

Rekord.az-a verilən məlumata görə, dəvətdən öncə AFFA ilə futbolçu ilə danışıq olub.

 

İsrafilov bildirib ki, İspaniya çempionatının növbəti matçına start heyətində meydançaya çıxacaq. Millinin düşərgəsinə də bir halla gələ bilər ki, Uelslə oyunda start heyətində yer alsın. Lakin bununla bağlı ona zəmanət verilməyib. Bundan sonra futbolçu başa düşüb ki, Bakıya gəlsə belə, əsas heyətdə oynamaq şansı çox azdır. Bu üzdən də İspniyada qalmağı və klubunda əsas heyətdə meydançaya çıxmağı üstün tutub.