
Edersondan Premyer Liqada rekord göstərici
- 16 Fev 2025 15:30
- 78
İngiltərənin "Mançester Siti" klubunun braziliyalı qapıçısı Ederson məhsuldar ötürmələrin sayına görə İngiltərə Premyer Liqasında rekorda imza atıb.
Rekord.az xəbər verir ki, o, "Nyukasl"la ev oyununda "şəhərlilər"in ilk qolunu vuran misirli hücumçu Ömər Marmuşa məhsuldar ötürmə verib.
Bu, Edersonun Premyer Liqada 6-cı məhsuldar ötürməsi olub. Əvvəlki rekordçu 5 məhsuldar ötürmə ilə İngiltərə yığmasının keçmiş qapıçısı Pol Robinson idi.