“Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov klubun rəsmi saytına açıqlama verib.

Rekord.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunda qarşılaşacaqları “Neftçi” ilə oyun barədə fikirlərini açıqlayan yarımmüdafiəçi qələbəyə inamlı olduqlarını bildirib:

“Nəticələrimiz pis olsa da, hər oyuna olduğu kimi, bu oyuna da qələbə əzmi ilə çıxacağıq. Çətin olduğunu bilsək də, həmişə bacaracağımıza inanırıq”.

Qarəhmədov 2018/19-cu il mövsümündə (24.02.2019) “Neftçi”yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol barədə də fikirlərini bildirib: “Neftçi”yə vurduğum qolun karyeramda xüsusi yeri var və artıq üstündən üç il keçib. Məncə, yeni qolun vaxtı gəlib çatıb”.

Noyabrın 27-də keçiriləcək “Neftçi” - “Səbail” matçına saat 18:15-də start veriləcək.