Əfran İsmayılov 33 yaşında universitetə imtahan verdi
- 24 Avq 2021 17:00
- 1089
Futbolçular arasında ali təhsil alanların sayı heç də az deyil.
Ancaq elə tanınmış oyunçular da var ki, vaxtında ali təhsil almadığından yaşlaşandan sonra səhvini düzəltməyə, daha doğrusu, gələcəyini nəzərə alıb diplom almağa qərar verib. Belələrindən biri də Əfran İsmayılovdu.
Rekord.az "Futbol plus"-a istinadla xəbər verir ki, “Səbail”in şərəfini qoruyan 32 yaşlı yarımmüdafiəçi bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmaq üçün qabiliyyət imtahanı verib. Test imtahanından 97 bal toplayan Əfran 1000 metri 3,17 dəqiqəyə, 100 metri isə 12 saniyəyə qaçıb. Vaxtilə millinin də şərəfini qoruyan futbolçunun dartınma və uzunluğa tullanmadan göstəricilərini dəqiqləşdirə bilməsək də, mənbəmiz İsmayılovun hər ikisndən 10 bal aldığını bildirdi.