Əfran İsmayılov Türkiyəyə getmək istəyir
- 08 İyl 2020 13:00
- 2036
“Keşlə”dən ayrılandan sonra klubsuz qalan Əfran İsmayılova hələ ki, yerli klublardan təklif yoxdur.
Rekord.az-a daxil olan məlumata görə, millimizin sabiq üzvü Türkiyəyə getmək haqda düşünür.
Belə ki, qonşu ölkənin I Divizionunda çıxış edən 2 klub Əfranla maraqlanır. Sadəcə, sərhədlərin bağlı olması Əfrana Türkiyəyə getməyə mane olur. Odur ki, futbolçu gözləmə mövqeyini tutmağa məcburdu.