"Kəpəz" rəhbərliyi nəhayət ki, Əfran İsmayılovla Rauf Əliyevi yola gətirə bilib.

Rekord.az xəbər verir ki, hər iki futbolçu komanda ilə müqavilələrinə xitam verilməsinə razlıq verib.

Lakin saytımıza daxil olan məlumata görə, onları yola gətirməyə çalışan "Kəpəz" rəhbərliyi heç də az tər tökməyib. Son məlumat budur ki, hər iki futbolçuya klubda iş təklif olunub. Zatən onlara başqa klublardan təkliflər yox idi və mövsümün sonunda böyük ehtimalla futbolçu karyeralarını başa vuracaqdılar. Bu mənada hər ikisinə təklif olunub ki, müqaviləyə xitam verib yeni mövsümdən "Kəpəz"də məşqçi kimi işə başlasınlar. Onsuz hər ikisi sabiq milli üzvləri olduğu üçün avtomatik C kateqoriyası almaq səlahiyyətlər var.