
Əfsanəvi şahmatçı Bakıda seans keçəcək
- 16:20
- 51
Əfsanəvi şahmatçı, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıda seans keçəcək.
Rekord.az xəbər verir ki, 55 yaşlı qrossmeysterin aprelin 27-də eyni anda ölkənin istedadlı şahmatçıları ilə seansı gözlənilir.
Qeyd edək ki, hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.