Əhmədzadə sıraya döndü, komandası məğlubiyyətə üzüldü
- 04 Okt 2021 11:15
- 423
Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Metallist 1925” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Zədədən yenicə dönən Rüstəm də bu oyunun iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb. Millimizin forvardı 86-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Eldar isə bu oyunda 90 dəqiqə meydanda olub.
10 turdan sonra 6 xalı olan “Minay” 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.