Ehtiram Quliyev "Turan" adını geri qaytarır?
- 24 İyn 2024 13:00
- 320
"Turan Tovuz"un idarə heyətinin sədri Ehtiram Quliyev klubun tarixi "Turan" adını özünə qaytarmaq istəyir.
Rekord.az-a daxil olan məlumata görə, klub rəhbəri bunun üçün lazımı addımların atılacağını bildirib.
Qeyd edək, klub "Turan" adını daşıdığı dönəmdə yol verilən nöqsanlar ucbatından bir sıra futbolçulara və o dövrkü baş məşqçi Haci Şensoya borc yaranmış, sonradan bu borc səbəbindən UEFA-dan komandaya sanskiya tətbiq olunmuşdu. Vəziyyəti belə görən AFFA-nın sabiq rəhbərliyi klubun adını dəyişərək "Turan Tovuz" adlandırmış və I Liqada iştirakını təmin etmişdi. Yenidən "Turan" adının bərpası üçün həmin borcların silinməsi lazımdır.