Ekşteyn "Sabah"dan niyə gedib?
- 28 Dek 2019 18:00
- 1134
Cənubi Afrika mətbuatında Hendrik Ekşteynin “Sabah”ı tərk etməsi haqda yazı dərc edilib.
Paytaxt təmsilçisi bu günlərdə afrikalı futbolçu ilə qarşılıqlı razılaşma ilə yolları ayırdığını elan edib. Bunun səbəbləri haqda məlumat verilməyib. 28 yaşlı futbolçu bu ilin yayından “Sabah”da çıxış edirdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.
Rekord.az xəbər verir ki, futbolçuya yaxın mənbə “The Citizen” nəşrinə bildirib ki, Ekşteynin bu gözlənilməz addımı onun başqa klublardan (ad açıqlanmır – red.) aldığı təkliflərlə bağlıdır.
“Bu qərar bizi şoka saldı. Ona görə ki, Hendrik orada futboldan həzz alırdı. O, klubunun əsas oyunçularından idi. Özünü yaxşı tərəfdən göstərə bilmiş və azarkeşlərin sevimlisinə çevrilmişdi. Bir çox klub Ekşteynin oyununu izləyir və ona təkliflər irəli sürmüşdü. Biz düşünürdük ki, o, mövsümün sonuna qədər klubunda qalacaq. Amma futbolçu başqa qərar verdi” – deyə mənbə bildirib.
Ekşteynin karyerasını Cənufi Afrikada davam etdirəcəyi ehtimal olunur.